Bakıda İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyası keçiriləcək
Noyabrın 1-4-də Bakıda, “Boulevard” otelində İslam Həmrəylik İdman Federasiyasının (İSSF) 9-cu Baş Assambleyası keçiriləcək.

Milli Olimpiya Komitəsindən (MOK) bildiriblər ki, Assambleyada İSSF-in İcraiyyə Komitəsi üzvləri və fəxri baş katibi Şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İSSF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, MOK-un, Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edəcəklər.

Noyabrın 2-də Assambleyanın marketinq nümayəndələrinin və əlaqələndirmə komissiyasının, noyabrın 3-də 24-cü İcraiyyə Şurasının iclaslarının keçirilməsi nəzərdə tutulur. Baş Assambleyanın açılış mərasimi isə noyabrın 4-də keçiriləcək.

İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyasına ümumilikdə 45-dən çox ölkədən 110-dan çox nümayəndənin qatılması gözlənilir.

Xəbər 1160 dəfə oxundu.