Basketbol üzrə U-18 millimizin Avropa çempionatındakı çıxışı qənaətbəxş qiymətləndirilib
Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandasının Cəbəllütariqdə keçirilən Avropa çempionatında ("C" divizionu) çıxışı müzakirə edilib. İclasda, həmçinin müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığmaların baş məşqçilərinin təyinatı, kişilər arasında XXIII ölkə çempionatına və yeniyetmə oğlanlar arasında iki yaş qrupunda (2000-2001-ci və 2002-2003-cü illər təvəllüdlü) keçiriləcək "Samsung" Kuboku uğrunda yarışlara hazırlıq prosesi və təşkilatı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda ABF Rəyasət Heyətinin qərarı ilə U-18-in Avropa çempionatında çıxışı qənaətbəxş sayılıb. Həmçinin U-18 komandasına Tahir Baxşıyev, U-16 kollektivinə Samit Nuruzadə, U-14 yığmasına isə Fuad Niftəliyev baş məşqçi təyin olunublar.

İclasda ABF-nin işçi orqanlarına da bəzi təyinatlar edilib.

Xəbər 858 dəfə oxundu.