Ölkə birinciliyinə start verilir
Oktyabr ayının 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan Çempionatına start verilir. Çempionat dairəvi üsulla iki dövrə üzrə keçiriləcək.

İki dövrədən sonra 4 komanda "The Club Port Baku"nun idman zalında çempionatın pley-of mərhələsində mükafatlar uğrunda mübarizə aparacaq.

Birinci turun oyun cədvəli belədir:

11:00. AZTOP - "Araz"
12:30. NTD - "Baku Oilers"
14:00. BDU - "Bakı"
15:30. "Sıçrayış" BK - "Dərviş"

Xəbər 764 dəfə oxundu.