Debütantlar bir-birlərini yoxlayacaqlar
“Sumqayıt” klubu yoxlama oyunu keçirməyi planlaşdırır. İdman.com.az saytının məlumatına görə, “göy-ağlar” fevralın 3-də “Dalğa arena”da Unibank Premyer Liqası təmsilçisi “Rəvan”la qarşılaşacaq. Oyun saat 14:00-da başlayacaq.
Qeyd edək ki, “şəhərlilər ” hazırlıqları 2-5 fevralda olimpiya yığmalarının təlim-məşq bazasında keçirəcək. Sonra məşqlər “Dalğa arena”da davam etdiriləcək.

Xəbər 960 dəfə oxundu.