Quba Olimpiya İdman Kompleksi
Yaradılış tarixi: 13 oktyabr 2003-ci il

Ərazi: 14 hektar

Quba Olimpiya İdman Kompleksi 2003-cü ildən fəaliyyət göstərir.

Kompleksin ərazisi 14 hektardır. Kompleksdə 1100 nəfər tamaşaçı tutumu olan universal zal, güləş və cüdo, kikboks, karate, fitnes, bilyard və stolüstü tennis zalları mövcuddur.

6600 nəfər tamaşaçı tutumu olan Arena Quba futbol stadionu, 3 ədəd minifutbol, basketbol, tennis və voleybol meydançaları vardır. Həmçinin 340 nəfər tamaşaçı tutumu olan 50x25 metrlik üzgüçülük hovuzu, SPA mərkəzi, şahmat və uşaq əyləncə mərkəzi mövcuddur.

Bunlardan əlavə kompleksdə 130 nəfərlik (əlavə 100 nəfərlik açıq havada) tədbir zalı, 120 nəfərlik (əlavə 100 nəfərlik açıq havada) restoran, 70 nəfərlik kafe, 80 nəfərlik (əlavə 60 nəfərlik açıq havada) kafe, 100 və 63 yerlik konfrans zalları, 3 iclas otaqları fəaliyyət göstərir.

Kompleksin ərazisində 78 otaqlı 5 mərtəbəli 156 yataq yeri olan Arena Grand Hotel, 3 mərtəbəli 32 otaqlı 64 yataq yeri olan Arena Sport Hotel, 20 otaqlı 80 yataq yeri olan Arena Apartments, 3 ədəd 18 yataq yeri olan Arena Villas, 1 ədəd 8 yataq yeri olan VİP Villa və 10 otaqlı 24 yataq yeri olan inzibati bina vardır.

Ünvan: Quba-Bakı Şossesinin 4-cü km-liyi

İndeks: AZ 4000

Şəhər: Quba

Telefon: 010-260-76-46

Faks:

E-mail: javid.seyidov@arenahotelguba.com

Xəbər 17142 dəfə oxundu.