Böhran yunan futbolunu da vurdu

Tarixinin ən böyük böhranını yaşayan Yunanıstanda idmançıların da vəziyyəti pisləşib.

Bu hal xüsusilə futbol klublarında hiss olunur. Bir çox klub oyunçularının əmək haqqlarını, onların sığorta haqqlarını və mükafatlarını ödəyə bilmir. Bu səbədən də peşəkar futbolçular həmkarlar ittifaqı sezonun əvvəlindən bəri yaranan bu vəziyyətlə əlaqədar olaraq tətil etməyə qərar verib.

Artıq ölkə çümpionatının 2-ci və 3-cü liqalarında fevralın 1-də keçirilməli oyunlar təxirə salınıb.

Klublar Birliyinin vitse-prezidenti Stelyos Sfakianakis açıqlamasında bildirib ki, qısa zamanda yaxşı heç nə gözlənilmir: “Yunan futbolu indiyədək ən böyük böhrana doğru irəliləyir. İndi gəlir mənbəyimiz yoxdur. İndiki şərtlərdə sponsor tapmaq mümkün deyil.”

Xəbər 925 dəfə oxundu.