Mişel Platini özünü FİFA prezidentliyinə ən layiqli namizəd hesab edir
Mişel Platini özünü FİFA prezidentliyinə ən layiqli namizəd hesab edir.

UEFA prezidenti bunu İsveçrənin “Le Matin” qəzetinə müsahibəsində qeyd edib.

“Mən Fransa millisinin həm futbolçusu və həm də baş məşqçisi olmuşam. Bununla yanaşı, klub funksioneri, dünya çempionatının təşkilatçısı kimi çalışmışam. Hazırda isə ən nüfuzlu futbol konfederasiyasına rəhbərlik edirəm. Bütün bu nailiyyəti ciddi və təmiz əməklə qazanmışam. Əminəm ki, FİFA-ya rəhbərlik etməyə ən layıqli namizədəm”, - deyə M.Platini bildirib.

O deyib ki, UEFA prezidenti vəzifəsindən müvəqqəti uzaqlaşdırılması ilə bağlı qadağa aradan götürülən kimi qurumun baş katibi Canni İnfantino ilə qarşıdakı planlar haqda müzakirələrə başlayacaq.

Xəbər 611 dəfə oxundu.