Azərbaycanlı şahmatçı yeniyetmələrin dünya birinciliyində yüz faizli nəticə göstərir
Azərbaycanlı şahmatçı Yunanıstanda yeniyetmələr arasında dünya birinciliyinin əvvəlində ardıcıl dörd qələbə qazanıb.

Məhəmməd Muradlı 12 yaşadək şahmatçıların açıq çempionatda ən yüksək xal toplayıb. Bu yarışda 202 şahmatçı iştirak edir və maksimal dörd xalı 4 iştirakçı toplayıb.

İlk dörd partiyada ustalığa namizəd Gövhər Beydullayeva (qızlar arasında), Read Səmədov (oğlanlar arasında 8 yaşadək), Ayan Allahverdiyeva (10 yaşadək), Səmra Qasımova (8 yaşadək) hərəyə 3,5 xal toplayıblar. Dörd azərbaycanlı şahmatçı – FIDE ustaları Rüstəm Bünyadov, Xanım Balacayeva, eləcə də ustalığa namizəd Əhməd Əhmədzadə və Xəzər Babazadənin hesabında 3 xal var.

Xatırladaq ki, yarışlar 11 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir. Bu gün – oktyabrın 29-da beşinci turun qarşılaşmaları olacaq.

Xəbər 665 dəfə oxundu.