“Qəbələ” Xorvatiya klubunu məğlub etdi
Antalyanın Bələk bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün Türkiyədə 5-ci yoxlama matçına çıxıb. İdman.com.az saytı xəbər verir ki, baş məşqçi Fateh Kavlak komandasını bu dəfə Xorvatiyanın “Split” klubu ilə oyunda sınayıb.

Gərgin və maraqlı mübarizənin əsas vaxtı heç-heçə bitib (2:2). “Qara-qırmızılar”dan qolları Aleksandr Çertoqanov və Lyubo Baranin vurublar. Tərəflər qalibi 11-metrlik cərimə zərbələrindən müəyyənləşdiriblər. Burada yaxşı təsir bağışlayan “Qəbələ” sevinən tərəf olub – 4:3.

Xatırladaq ki, "qara-qırmızılar" Türkiyədə keçirdiyi yoldaşlıq görüşlərində Qazaxıstanın “Atırau” və Ukraynanın “Krivbass” klublarına 1:2 hesabları ilə uduzmuşdu. Ruminiyanın “Vitorul Konstanta”, eləcə də Ukraynanın “Obolon” komandaları ilə görüşlərdə isə bizim xeyrimizə eyni nəticə qeydə alınmışdı (1:0).

Xəbər 1153 dəfə oxundu.