"Xəzər Lənkəran" daha bir xəbərə üzüldü
Premyer Liqada işləri heç də yaxşı getməyən "Xəzər Lənkəran" daha bir pis xəbər futbolçu Orxan Əliyevdən gəlib.

Zədəsini yenicə sağaldan gənc hücumçu Premyer Liqanın 10-cu turu çərçivəsində "Sumqayıt"la (1 - 2) keçirilən matçda yenidən zədələnib. Onun üçün mövsümün ilk yarısının artıq bitdiyi bildirilir.

Heyəti elə də geniş olmayan "Xəzər Lənkəran"da Orxan Əliyevin zədələnməsi ilə əsas komandada cəmi 13 futbolçu qaldı.

Xəbər 873 dəfə oxundu.