London meri FİFA prezidentinə avtobusa minməyi məsləhət gördü, özü isə metroda gəzəcək
London olimpiadasının başlanmasına təxminən altı ay qalır. Olimpiya oyunlarının təşkilat komitəsi son hazırlıq məşğələləri aparır.
Oyunların keçiriləcəyi idman mərkəzlərinin bir çoxu hələ ötən ildən hazır vəziyyətə gətirilib. Təşkilatçılar işlərin mükəmməl bir şəkildə getdiyini deyirlər.

Ancaq bəzən düyünə düşən London nəqliyyatı hamını düşündürür. London meri Boris Conson, oyunlar zamanı hər kəsin ictimai nəqliyyatdan istifadə etməsinin vacibliyini vurğulayıb: “Sepp Blatter ve təşkilat komitəsinin digər üzvləri mütləq ictimai nəqliyyat vasitələrində, məsələn avtobusda gəzməlidirlər. Beləliklə, gələn insanları buna daha yaxşı sövq etmiş olarıq. Şəxsən mən olimpiya oyunları zamanı metrodan istifadə edəcəyəm.”

Tamaşaçıların problemsiz daşınması üçün London nəqliyyatındakı yükün 30 faiz azalması vacibdir.

Londonlu bir taksi sürücüsü ise olimpiada başlamadan İspaniyaya qaçacağını deyir: “Bu xaosa mən dözə bilmərəm. İspaniyaya gedəcəyəm. London nəqliyyatı onsuz da dözülməz bir halda idi. Olimpiada vaxtı necə olacaq, təsəvvürümə də gətirə bilmirəm”.

Xəbər 1081 dəfə oxundu.