“Bakı” “Rieka” səddini asanlıqla aşdı
Qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün “Çelenc Cup”ın 1/8 final mərhələsində ilk matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, Ancelo Vercesinin rəhbərlik etdiyi komanda Xorvatiyanın “Rieka”sı ilə görüşüb.

Mütəxəssislər Bakı İdman Sarayında keçiriləcək oyunda üstün tərəf kimi, meydan sahiblərini görüblər. Elə qarşılaşma da bunu göstərib. Üstün oyun nümayiş etdirən “zolaqlılar” bir həftə sonra təşkil ediləcək əvəz matçına rahat yollanacaq.

Qeyd edək ki, “Bakı” I təsnifat mərhələsində “Famaqusta” (Kipr), daha sonra “Evre” (Fransa), 1/16 finalda isə “Apollon” klublarını məğlub edib.


19:30. “Bakı” (Azərbaycan) – “Rieka” (Xorvatiya) – 3:0 (25:14, 25:16, 25:21)
Hakimlər: Tomas Yanik (Polşa), Andrey Kovalçuk (Ukrayna)
Bakı İdman Sarayı. 500 tamaşaçı


Xəbər 976 dəfə oxundu.