“Telekom”un ilk sınağı – YENİLƏNİR
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək. I turda fərqli nəticələrə imza atan “Azərreyl” və “Lokomotiv”in ardından digər Azərbaycan təmsilçisi “Telekom” da mübarizəyə başlayacaq.

Tarixində ilk dəfə avrokuboklarda çıxış edən komanda debütünü evdə gerçəkləşdirəcək. A qrupunda mübarizə aparan Bakı klubu Polşa təmsilçisi “İmpel”lə üz-üzə gələcək.

Qonaqlar daha təcrübəli olsa da, Zoran Qayiçin yetirmələri evdə oynadığından üstünlüyə malikdi. Perspektivli gənclərlə təcrübəli ulduzların sintezini yaradan “Telekom”un doğma azarkeşləri önündə keçirəcəyi ilk sınaqdan 3 xalla ayrılmaq əzmindədi. Çünki iddiaları ilə seçilən paytaxt klubu cari mövsümdə həm daxili arenada, həm də avrokuboklarda uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, “Telekom” – “İmpel” oyunu saat 17:00-da başlayacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
I tur

29 oktyabr
E qrupu
17:00. “Telekom” (Azərbaycan) – “İmpel” (Polşa)
Hakimlər: Viktor Kozlovski (Ukrayna), Roy Qoren (İsrail)
Bakı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi

Xəbər 764 dəfə oxundu.