Noyabrda cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində noyabrın 6-8-də 1999-2001-ci il təvəllüdlü idmançılar arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinin keçirilməsi ilə bağlı iclas keçirilib.

İclasda yarışın keçirilmə şərtləri ilə bağlı müzakirələr aparılıb.

Birinciliyin yüksək səviyyədə keçirilməsi üçün turnirə respublika səviyyəli hakimlərin cəlb edilməsi qərara alınıb.

Xəbər 682 dəfə oxundu.