Lənkəranda futbol üzrə respublika çempionatının zona yarışları davam edir
Lənkəranda yeniyetmə futbolçular arasında Azərbaycan çempionatının zona yarışları keçirilir.

AFFA-nın təşkilatçılığı ilə baş tutan birincilikdə Lənkəran, Masallı və Astara rayonlarını təmsil edən 26 komanda qələbə uğrunda mübarizə aparır.

Artıq birinci dövrənin təxirə salınmış ilk turu geridə qalıb və tur ərzində on bir qarşılaşma keçirilib. Digər görüşlər isə növbəti həftələrdə baş tutacaq.

Yeniyetmələr arasında Azərbaycan Çempionatına may ayında yekun vurulacaq.

Xəbər 659 dəfə oxundu.