Azərbaycanlı hakim futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinə təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb.

O, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin “A” qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

İspaniyanın “İnter FS”, Belarusun “Lidselmash Lida”, Fransanın “Kremlin Bicetre United” və Sloveniyanın “Dobovec” komandalarının mübarizə aparacağı “A” qrupunun oyunları noyabrın 12-dən 15-dək İspaniyanın Torrexon-de-Ardos şəhərində keçiriləcək.

AZƏRTAC

Xəbər 665 dəfə oxundu.