"Çətin səfər görüşündə qazanılan 1 xalı yaxşı nəticə hesab etmək olar"
Premyer Liqanın 10-cu turunda "İnter" səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

"İnter"in baş məşqçisi Zaur Svanadze qarşılaşmaya belə şərh verib:

"İlk hissədə qol epizodlarımız olsa da, bundan yararlana bilmədik. Rəqib isə penaltidən qol vurmağı bacardı. Ona görə də ilk hissə barədə geniş danışa bilmirəm. Fasilədən sonra isə təzyiqi artırdıq, futbolçular ümidləri doğrultdular. Çətin səfər görüşündə qazanılan 1 xalı yaxşı nəticə hesab etmək olar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşacağıq".

Xəbər 672 dəfə oxundu.