Qalmaqallı matçın futbolçuları karyeralarını bitirdilər
Misir çempionatında keçirilən faciəvi “Əl Məsri” – “Əl Əhli” matçından sonra qonaq komandanın futbolçuları qeyri-adi qərar veriblər. İdman.com.az saytının məlumatına görə, görüşdən sonra azarkeşlərin meydançaya daxil olması, yaranan qarşıdurmada 74 nəfər ölüb, 300-ə yaxın insanın yaralanması “Əl-Əhli”nin oyunçularında böyük qorxu yaradıb.

Bu üzdəndir ki, ölkəsinin ən titullu klublarından biri olan “Əl-Əhli”nin bütün futbolçuları karyeralarını bitirməyə qərar veriblər. Bunu Misir televiziyasına açıqlamasında komandanın qapıçısı Şərif İkrami bildirib.

Qeyd edək ki, matçdan sonra bir qrup azarkeş stadionu yandırıb, başqa bir qrup azarkeş isə stadiondan çöldə hökumət əleyhinə aksiyaya başlamışdı. Ölənlər arasında futbolçuların olub-olmadığı hələ də bilinmir.

Xəbər 987 dəfə oxundu.