Yunis Hüseynov: Səhv edən futbolçuları əvəzedici heyətə göndərmək imkanımız yoxdur
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Cənub klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyun bizim üçün ağır keçdi. Heyətdə problemlərimiz çoxdur. 14 oyunçunun ümidinə qalmışıq. İmkanlarımız geniş deyil ki, səhv edən futbolçuları əvəzedici heyətə göndərək. Çətinliklər fonunda qələbə qazanmaq istəyirdik. Amma futbolçuların çıxışından razı qalmadım. İkinci hissədə toparlansaq da, qollar vura bilmədik. Qarşıda bizi ağır matçlar gözləyir. Məcburuq ki, dekabra kimi bu futbolçularla döyüşək. Gənc futbolçular da özlərinə fikir verməlidirlər. Komandada qalmaq üçün özlərini yaxşı tərəfdən göstərməlidirlər”.

Xəbər 778 dəfə oxundu.