"Hakimlәrin bәzi haqsızlıqları olmasaydı, medallarımızın sayı әn azı 4-ә çata bilәrdi"
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən gənc cüdoçuların dünya birinciliyinə yekun vurulub. Azərbaycan cüdoçuları bu mötəbər yarışda iki bürünc medal qazanıblar.

Cüdo üzrə milli komandamızın məşqçisi Fərhad Məmmədov yarışdan sonra media nümayəndələrinə yarış barədə fikirlərini bildirib:

– Bildiyiniz kimi, məlum səbəblərə görә bu yarışdan əvvəl keçirilən Avropa birinciliyində iştirak edә bilmәdik. Federasiyanın yeni rəhbərliyinin yaratdığı şәrait nәticәsindә dünya birinciliyinə 4 hәftәlik tәlim-mәşqlә qatıldıq. Bu yarışda püşkatmalar reytinqlə aparılır vә reytinqi olan 8 әn güclü idmançını bir-birindәn ayırırlar. Cüdoçularımız gәnclәrin yarışlarında iştirak etmәdiklәrinə və bu səbəbdən də reytinqdә aşağı pillәdә oduqlarına görә çәtin rәqiblәrlә düşdülər. Buna baxmayaraq, cüdoçularımız yarışda çox gözәl çıxış etdilər. Onların bәzilәri öz sәhvləri, bir çoxları isә hakimlәrin sәhvləri ucbatından uğursuzluğa düçar oldular. Amma buna baxmayaraq, iki idmançımız – Hidayət Heydərov və Firudin Dadaşov bürünc medal qazanmağa nail oldular. Davud Mәmmәdov, Hüseyn Rәhimli və Natiq Qurbanlı isə medala çox yaxın olsalar da, son anda bunu əldən verdilər. Hakimlәrin bәzi haqsızlıqları olmasaydı, medallarımızın sayı әn azı 4-ә çata bilәrdi. Yenә dә bu qısa hazırlıqla idmançılarımız qazandıqları nәticәlәrlə bizi sevindirmәyi bacardılar.

Onu da qeyd edim ki, Avropa birinciliyində iştirak edә bilmәdiyimizә görә dünya birinciliyinin komanda yarışında iştirak etmәk hüququmuz yox idi.

Federasiya rәhbәrliyinin yeni təyin olunmasına baxmayaraq, yaradılan gözәl şәrait biz mәşqçilәr vә idmançılar tәrәfindәn artıq hiss olunmaqdadır. Çalışacağıq ki, rəhbərləyinin etimadını gələcək yarışlarda doğurldaq.

Xəbər 688 dəfə oxundu.