Şahmat üzrə zona yarışları başa çatıb
Təhsil Nazirliyinin tabeliyində olan Uşaq-Gənclər Şahmat məktəblərinin və Uşaq-Gənclər İdman məktəblərinin şahmat bölmələrinin şagirdləri arasında “Təhsil” Respublika İdman Mərkəzinin respublika çempionatının zona yarışları keçirilib.

6 yaş qrupu üzrə oğlan və qızlar arasında keçirilən yarışlara ümumilikdə 800-dək məktəbli qatılıb.

Zona üzrə hər yaş qrupundan I, II və III yerləri tutan oğlan və qızlar çempionatın final mərhələsinə vəsiqə qazanıblar. Qaliblər diplom və medallara layiq görülüblər.

Xatırladaq ki, çempionatın final mərhələsinin hər yaş qrupu üzrə qalibləri 2016-cı ildə keçiriləcək məktəblilərin Dünya çempionatına, II yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanacaqlar.

Xəbər 894 dəfə oxundu.