Rəşid Məmmədbəyovun xatirə turnirinin üçüncü günündə 134 pəhləvan mübarizə aparır
Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsi davam edir.

Bakı İdman Sarayında keçirilən yarışların üçüncü günündə sərbəst güləş üzrə 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində 134 pəhləvan mübarizə aparır.

Turnirdə Azərbaycanın bütün bölgələrindən olan güləşçilər, həmçinin İran və Bolqarıstandan olan pəhləvanlar da güclərini sınayırlar.

İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Xəbər 695 dəfə oxundu.