"Qarabağ”ın futbolçusu Avroliqada lider oldu
“Qarabağ”ın futbolçusu Riçard Almeyda Avropa Liqasında ən çox dəqiq ötürmə edən futbolçu seçilib.

Braziliyalı yarımmüdafiəçi bu mövsümdə 218 dəqiq ötürmə edərək digər futbolçuları xeyli geridə qoyub.

Qeyd edək ki, Riçard Almeyda “Qarabağ” klubunda 2011-ci ildən oynayır. Yarımmüdafiəçi 2014-cü ildə Azərbaycan Premyer Liqasının ən yaxşı əcnəbi futbolçusu seçilib.

Xəbər 640 dəfə oxundu.