Hakimləri təhqir edən baş məşqçi meydandan qovulub
Futbol üzrə İtaliya A Seriyasının X turunda səfərdə "Bolonya" ilə qarşılaşan "İnter" klubunun baş məşqçisi Roberto Mançini meydandan qovulub.Buna italiyalı mütəxəssisin hakimlərə qarşı qeyri-etik ifadələr işlətməsi səbəb olub.

Qarşılaşmanın sonlarına yaxın R.Mançini hakimlərə "eşşəklər" deyib. Nəticədə matçın baş hakimi onu tribunaya göndərib.

Üstəlik "İnter" oyunu 10 nəfərlə başa vurmalı olub. Milan təmsilçisinin heyətində çıxış edən Felipe Melo 53 və 60-cı dəqiqədə sarı vərəqə "qazanaraq" meydançanı tərk edib.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "İnter"in yeganə qoluna 67-ci dəqiqədə İkardi Mauro imza atıb.

Qeyd edək ki, "İnter" 10 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi "Roma" isə 20 xalla 2-cidir.

Xəbər 678 dəfə oxundu.