"Traktor Sazi" 4:1-lik qələbəni əldən verdi
İran çempionatında 10-cu turunun oyunları keçirilib.

Təbrizin "Traktor Sazi" klubu bu tur evdə "Zob Ahan"la qarşılaşıb.

Cənubi Azərbaycan klubu bu görüşdə qələbə qazanacağı təqdirdə turnir cədvəlində ən azı iki pillə irəliləyəcəkdi. Lakin 4:1 hesabı ilə öndə olan "Traktor Sazi" üstünlüyünü sonadək qoruya bilməyib. İkinci hissədə qapısında 3 qol görən meydan sahibləri oyundan bir xalla ayrılıb - 4:4.

Qeyd edək ki, bu nəticədən sonra xalını 14-ə yüksəldən "Traktor Sazi" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb

Xəbər 640 dəfə oxundu.