Toni Adams “Qəbələ”nin müşaviri oldu
Dünya futbolunun canlı əfsanələrindən sayılan ingiltərəli Toni Adamsın Azərbaycana qayıdışı rəsmiləşib. İdman.com.az saytının məlkmatına görə, uğursuz nəticələrə görə, “Qəbələ”nin baş məşqçisi postundan istefaya göndərilən Adams, yenidən şimal klubunda fəaliyyət göstərəcək.
Əslində, onun qayıdacağı real görünmürdü. Çünki 45 yaşlı əfsanə öz ölkəsindən və ulduz yığmağa başlayan Hindistan çempionatından dəvətlər almışdı.

Amma Azərbaycan klubunun rəhbərliyi ilə çox yaxşı münasibətdə olan Adams, klubun növbəti dəvətinə yox deməyib. İngiltərə milli komandasının və “Arsenal”ın unudulmaz oyunçusu bundan sonra komandada prezident Tale Heydərovun müşaviri vəzifəsində çalışacaq.
Qeyd edək ki, AZAL ilə oyundan sonra istefaya göndərilən Adams baş məşqçi postunda türkiyəli Fateh Kavlak əvəzləyib.

Xəbər 1146 dəfə oxundu.