Ukrayna komandasının hücumçusu “Qəbələ”yə transfer ola bilər
Ukraynanın “Dnepr” futbol komandasının hücumçusu Yevgeni Seleznyov “Qəbələ” komandasına transfer ola bilər.

Dnepropetrovsk təmsilçisinin oyunçusunu Azərbaycan komandasının baş məşqçisi Roman Qriqorçuk dəvət edib.

Hücumçunun “Dnepr”lə hazırkı müqaviləsi 2016-cı ilin yayında başa çatır. Yeni müqavilə üçün “Dnepr”lə futbolçu arasında danışıqlar aparılmır. Bu isə Y.Seleznyovaya yanvarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı verir. Ukraynanın “Şaxtyor”, Türkiyənin “Fənərbaxça” və “Trabzonspor”, Yunanıstanın “Olimpiakos” və “Qəbələ” klubunun rəqibi Rusiyanın “Krasnodar” klubları da futbolçuya maraq göstərir.

Xəbər 714 dəfə oxundu.