Əsas rəqiblərimiz Rusiya, Ukrayna və Türkiyə güləşçiləri olacaq
Moskvada keçiriləcək Avropa Millətlər Kubokunda bizim əsas rəqiblər Rusiya, Ukrayna və Türkiyə yığmaları olacaq. Rusiya paytaxtına qitənin ən güclü pəhləvanları toplaşacaq.

Yunan-Roma və sərbəst güləş üzrə yarışlar noyabrın 7-8-də keçiriləcək. “Klassiklər”in rəqabətində Rusiya, Azərbaycan, Ukrayna, Almaniya, Belarus və Türkiyə komandaları mübarizə aparacaqlar. “Sərbəstlər”də Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Belarus və Polşa milliləri yarışacaqlar.

Azərbaycan yığmalarının məşqçi qərargahı Avropa Millətlər Kubokunda çıxış edəcək heyəti yaxın günlərdə elan edəcək.

Xəbər 720 dəfə oxundu.