Frants Bekkenbauer səhvini etiraf edib
2006-cı ildə futbol üzrə dünya çempionatının təşkilat komitəsinin sədri Frants Bekkenbauer həmin vaxt fəaliyyətində səhvə yol verdiyini ilk dəfə etiraf edib.

F.Bekkenbauer Alman Futbol İttifaqının (DFB) DÇ-2006 ətrafında korrupsiya qalmaqalının araşdırılması üzrə xüsusi komitəsinin suallarına cavab verəndən sonra deyib: “Beynəlxalq Futbol Federasiyasından (FIFA) maliyyə dəstəyi almaq üçün FIFA-nın maliyyə komitəsindən təklifi qəbul etmək, bugünkü nöqteyi-nəzərdən rədd etmək lazım idi”.

“Dpa” agentliyi xəbər verir ki, F. Bekkenbauer təşkilat komitəsinin sədri kimi bu səhvə görə məsuliyyət daşıdığını bildirib. O vurğulayıb ki, çempionatın keçiriləcəyi ölkənin seçilməsi zamanı səsvermədə rüşvət olmayıb.

Bundan əvvəl DFB prezidenti Volfqanq Nirsbax məlumat verib ki, 2002-ci ildə FIFA-nın hesabına 6,7 milyon avro köçürülüb, əvəzində Alman Futbol İttifaqı 170 milyon avro məbləğində yardım alıb. Lakin ayrılmış vəsaitin təyinatını izah edə bilməyib. FIFA isə öz növbəsində DFB-dan pul alması faktını təkzib edir.

AZƏRTAC

Xəbər 654 dəfə oxundu.