Pəhləvanlarımızın rəqibləri Rusiya, Ukrayna və Türkiyə idmançıları olacaq
Moskvada keçiriləcək Avropa Millətlər Kubokunda Azərbaycan pəhləvanlarının əsas rəqibləri Rusiya, Ukrayna və Türkiyə yığmalarının üzvləri olacaq.

Moskvaya Avropanın ən güclü pəhləvanları toplaşacaq. Yunan-Roma və sərbəst güləş üzrə yarışlar noyabrın 7-8-də keçiriləcək. “Klassiklər” turnirində qələbə uğrunda Azərbaycan, Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə yığmaları mübarizə aparacaqlar. “Sərbəstlər” turnirində isə Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Belarus və Polşa komandaları yarışacaqlar.

Azərbaycan yığmalarının məşqçi qərargahı Avropa Millətlər Kubokunda çıxış edəcək komandanın ilkin tərkibini formalaşdırıb.

Xəbər 811 dəfə oxundu.