Son təlim-məşq
Təlim-məşq toplanışını Türkiyədə davam etdirən Ağdamın "Qarabağ" klubu Antalyada son məşq gününə çıxacaq. İdman.com.az saytının məlumatına görə, yanvarın 31-də Rumıniyanın "Petrolul Ploiesti"sini 2:0 məğlub etdikdən sonra, komandanın baş məşqçisi Qurban Qurbanov dünən komandaya istirahət vermişdi.

Bu gün "ağlar" 2 məşqlə təlim-məşq toplanışının məşq proqramını tamamlayacaq. Belə ki, axşam 18:00-da baş tutacaq məşq Antalyada sonuncu olacaq. Çünki, sabah sonuncu hazırlıq matçı ilə təlim-məşq başa çatacaq.

"Qarabağ" Bakı vaxtı ilə saat 17:00-da Gürcüstanın "VİT-Corciya"sı ilə qarşılaşacaq. Komandanın düşərgəsinə baxışa gələn legionerlər geri göndərilərkən İstanbulda müalicə olunan Əfran İsmayılov geri dönərək məşqə çıxacaq.

Xəbər 991 dəfə oxundu.