Azərbaycan idmançısı pankration üzrə dünya çempionu olub
Türkiyənin Alanya şəhərində pankration və MMA idman növləri üzrə dünya çempionatı keçirilib.

“Neftçi İdman Klubu”nun yetirmələrindən Əsgər Əsgərov (57 kq) pankration yarışında bütün döyüşləri qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıb.

Klubun digər idmançısı, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Ehtiram Dərişov pankration növündə fəxri kürsünün ikinci, MMA yarışlarında isə üçüncü pilləsində yer alıb.

Xəbər 544 dəfə oxundu.