AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb
AFFA-nın İntizam Komitəsi "Neftçi"nin futbolçusu Jairo Rodrigesi 1 oyunluq cəzalandırıb. Buna braziliyalı müdafiəçinin AZAL komandası ilə Azərbaycan Premyer Liqasının IX tur matçının 90+4-cü dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəb olub.

Klubun özü isə 200 manat cərimələnib.

Komandaların əvəzedici heyətlərinin qarşılaşmasında isə "təyyarəçilər"in futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat ziyana düşüb.

Xəbər 681 dəfə oxundu.