Qaçqın idmançılar da Rio-2016-da iştirak edəcək
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk dəfə qaçqın idmançılar da iştirak edəcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax açıqlama verib.

T.Bax bildirib ki, bu addım dünyadakı qaçqınlara inam simvolu olacaq: "Qaçqın idmançılar heç bir yığma və ölkənin bayrağı altında çıxış etməyəcəklər. Onlar Olimpiya bayrağı altında mübarizə aparacaqlar".

Qeyd edək ki, Rio-2016 5 - 21 avqustda keçiriləcək.

Xəbər 691 dəfə oxundu.