Azərbaycan kikboksçuları Belqradda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər
Xəbər verdiyimiz kimi, kikboksinq üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda dünya çempionatında iştirak edir.

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvləri Belqradda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoyublar.

Ziyarətdə federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, milli komandanın rəisi Sadıq Bağırov, baş məşqçi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram Məcidov, məşqçilər Hakim Hacıyev, Fuad Zeynalov, Eduard Məmmədov, Elnur Alıyev və digər tanınmış kikboksçular iştirak ediblər.

Noyabrın 1-dək davam edəcək Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının versiyası üzrə mundialda Azərbaycan ilk dəfə olaraq 34 nümayəndə heyəti ilə təmsil olunur.

Xəbər 814 dəfə oxundu.