Rəşid Məmmədbəyovun xatirə turnirində ikinci gün / CANLI YAYIM - YENİLƏNİR
Bakı İdman Sarayında (Neftçilər pr. 26a) Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi keçirilir.

Yarışların ikinci günündə 69, 76, 85 və 100 kq çəki dərəcəsində yunan-Roma, 42, 46 və 50 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparır. Ümumilikdə, 123 yeniyetmə pəhləvan turnirin mükafatı uğrunda qüvvəsini sınayır.

Yarışlar İdman Azərbaycan kanalından canlı yayımlanır. Final görüşləri saat 17:00-da başlayacaq.

Xəbər 725 dəfə oxundu.