Azərbaycan Premyer Liqasında növbəti turun bütün təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunun bütün təyinatları açıqlanıb. "Neftçi" və "İnter" arasında keçiriləcək paytaxt derbisi baş hakim Elvin Əsgərova həvalə olunub.

FİFA referisi Rəhim Həsənov isə "Zirə - Kəpəz" matçında iş başında olacaq. Bu oyunların hakim-inspektorları isə Əhmədağa və Gülağa Cabbarov qardaşları olacaq.

28 oktyabr (çərşənbə)

“Qarabağ” – “Rəvan”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Vüsal Əliyev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 19:00

“Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
“Xəzər Lənkəran” mərkəzi stadionu, 17:00

“Neftçi” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bakcell Arena”, 19:00

“Zirə” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
Zirə İdman Kompleksinin stadionu, 17:00

“Qəbələ” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu, 17:00

Xəbər 707 dəfə oxundu.