““Rabitə”yə qarşı komanda oyunu oynadıq”
“Matçın gərgin keçəcəyi ilə bağlı baş məşqçimiz komandaya xüsusi xəbərdarlıq etmişdi”. İdman.com.az saytının məlumatına görə, bunu Polşanın “Atom” voleybol klubunun direktoru Qriqori Zyeqa deyib.

Komanda rəsmisi bildirib ki, Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunda “Rabitə”yə qalib gəlmələri təsadüf nəticəsində baş verməyib. Onun sözünə görə, hazırda “Atom” komanda oyunu nümayiş etdirir və qələbələri də məhz bu səbəbdən sıralayır:

“Ən əsası komanda oyunu idi ki, məncə bu baxımdan biz ən güclüyük. Polşanın heç futbol klubları da heç bizə çata bilməz. Hamımız “Rabitə” ilə oyuna köklənmişdik və bunun da nəticəsini gördük”.
Qeyd edək ki, “Atom”a səfərdə 1:3 hesabı ilə uduzan “Rabitə” fevralın 9-da cavab oyununa çıxacaq.

Xəbər 1004 dəfə oxundu.