​Azərbaycan klubları Çempionlar Liqasında mübarizəyə başlayır
Oktyabrın 28-də Azərbaycanın qadın voleybolçulardan ibarət iki klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində mübarizəyə start verəcək.

"Lokomotiv" ÇL-in 1-ci turu çərçivəsində səfərdə Kazanın "Dinamo" klubunun (Rusiya) qonağı olacaq. Digər təmsilçimiz "Azərreyl" isə Bakıda Almaniyanın "Ştutqart" kollektivini qəbul edəcək.

Birinci turun oyunları 27-29 oktyabr tarixlərində keçiriləcək.

Çempionlar Liqası. Qadınlar. 1-ci tur
A Qrupu
28 oktyabr
"Azərreyl" – Ştutqart – 19.00
"Dinamo" – "Lokomotiv" – 22.00
Turnir cədvəli: "Dinamo" – 0 (0), "Lokomotiv" – 0 (0), "Ştutqart" – 0 (0), "Azərreyl" – 0 (0).

Xəbər 616 dəfə oxundu.