FİFA prezidentliyinə daha bir namizədin adı açıqlanıb | |
Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İcraiyyə Komitəsi FİFA prezidentliyinə qarşıdan gələn seçkilər üçün daha bir namizədin adını açıqlayıb. Hazırda funksiyaları dondurulan UEFA prezidenti Mişel Platini ilə yanaşı, UEFA-nın baş katibi Canni İnfantini də dünya futbol qurumunun prezidentliyi uğrunda mübarizəyə qoşulacaq. Namizədlərin qeydiyyatı üçün son gündə UEFA-nın „B“ planına əl atmasına səbəb çox güman ki, FİFA-nın etika komissiyası tərəfindən M. Platininin namizədliyinin ləğv oluna bilməsi ehtimalıdır. İtalyan mənşəli İsveçrə vətəndaşı C. İnfantino 2000-ci ildən UEFA-da çalışır. 45 yaşlı İnfantino 2009-cu ildən bu qurumun baş katibidir. FİFA prezidentliyinə seçkilər gələn il fevralın 26-da keçiriləcək. Qeydiyyata alınmış namizədlərin sayı səkkiz nəfərdir. AZƏRTAC |
|
Xəbər 635 dəfə oxundu. |
|
|