Son sınaq
Antalyanın Bələk bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün Türkiyədə 5-ci yoxlama matçına çıxır. İdman.com.az saytı xəbər verir ki, baş məşqçi Fateh Kavlak komandasını bu dəfə Xorvatiyanın “Split” klubu ilə oyunda sınayacaq.

Xatırladaq ki, "qara-qırmızılar" Türkiyədə keçirdiyi yoldaşlıq görüşlərində Qazaxıstanın “Atırau” və Ukraynanın “Krivbass” klublarına 1:2 hesabları ilə uduzmuşdu. Ruminiyanın “Vitorul Konstanta”, eləcə də Ukraynanın “Obolon” komandaları ilə görüşlərdə isə bizim xeyrimizə eyni nəticə qeydə alınmışdı (1:0).

Xəbər 907 dəfə oxundu.