Kişilər və qadınlar arasında keçirilən şahmat üzrə Bakı çempionatına yekun vurulub

Respublika Şahmat Mərkəzində keçirilən kişilər və qadınlar arasında şahmat üzrə Bakı çempionatı başa çatıb.

Kişilərin mübarizəsində Fərid Mustafayev 9 oyundan 7,5 xal toplayaraq Bakı çempionu olub. Elnur Mehdiyev və Mirmusa Feyziyev hərəyə 6,5 xalla ikinci-üçüncü yerləri bölüşdürüblər. E.Mehdiyev əlavə göstəricilərə görə gümüş, M.Feyziyev bürünc medala layiq görülüb. Telman Feyzullayev və Ramiz Bağırov isə 6 xalla Azərbaycan çempionatının birinci dəstəsində iştirak etmək hüququ qazanıblar.

Qadınların yarışında Aysel Məmmədova 7 oyunda 6,5 xal toplayaraq çempion olub. Fatimə Əhmədova aktivinə 5,5 xal yazaraq ikinci, Aysu İsmayılova isə 5 xalla üçüncü olub.

Kişilərin yarışı İsveçrə sistemi üzrə 9, qadınların mübarizəsi isə dairəvi sistem üzrə 7 turdan ibarət keçirilib.

Xəbər 590 dəfə oxundu.