Polina Rəhimova sərrastlığını davam etdirir
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsində “Volero” (İsveçrə) – “Azərreyl” (Azərbaycan) görüşünün ən güclüsünün adı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Faiq Qarayevin komandasının 3:1 hesabı ilə qalib gəldikləri matçın qəhrəmanı yenə Polina Rəhimova olub.

Yığmamızın da şərəfini qoruyan hücumçu 24 xalla bombardir adını qoruyub. Digər voleybolçularımız - Hizer Erin Brun 19, Sara Anzanello 15, Oksana Kovalçuk 8, Paulino De Souza Pereyra 6 və Nutsara Tomkom 2 dəqiq zərbəyə seviniblər.

Rəqib düşərgədə isə Yelena Alajbeq daha sərrast olub. Onun 15 zərbəsi komandasına xal qazandırıb.
Qeyd edək ki, “Azərreyl” – “Volero” görüşü fevralın 8-də keçiriləcək.

Xəbər 1267 dəfə oxundu.