“Telekom” voleybol komandası “Lokomotiv”ə qalib gəlib
Yeni mövsümə hazırlığını davam etdirən Bakının qadınlardan ibarət “Telekom” və “Lokomotiv” voleybol klubları növbəti dəfə yoldaşlıq oyunu keçirib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən oyunda “Telekom” 3:1 hesabı ilə qalib gəlib.

Bu görüş komandalar arasında dördüncü yoldaşlıq oyunu olub. İlk qarşılaşma “Telekom”un 4:0 hesablı qələbəsi ilə yekunlaşsa da, ardıcıl iki görüşdə isə “Lokomotiv” komandası 3:1 hesabı üstün olub.

Hər iki komandamız Çempionlar Liqası yarışlarında mübarizə aparacaq. “Lokomotiv” “A” qrupunda “Azərreyl” (Azərbaycan), “Alyants Ştutqart” (Almaniya) və “Dinamo Kazan” (Rusiya) komandaları ilə qarşılaşacaq. “Telekom” isə “E” qrupunda mübarizə aparacaq. Bakı təmsilçisinin rəqibləri Almaniyanın “Drezdner”, Türkiyənin “Fənərbaxça” və Polşanın “İmpel Vrotslav” klublarıdır.

Xəbər 682 dəfə oxundu.