"Rəvan" Saşa Yunisoğlu ilə rəsmi müqavilə bağladı
Baş məşqçi Bəhmən Həsənovun rəhbərliyi ilə yeni bir dönəmə qədəm qoyan "Rəvan” PFK ilk transferini reallaşdırıb.

Paytaxt təmsilçisi Saşa Yunisoğlunu heyətinə qatıb.

Karyerası ərzində "Poloniya”, "Dənizlispor”, "Bakı”, "Qəbələ”, "Neftçi” kimi klubların, eləcə də milli komandamızda çıxış edən təcrübəli müdafiəçi 1 illik sözləşməyə imza atıb.

Xəbər 691 dəfə oxundu.