"Qəbələ"nin Premyer Liqada uğurlu seriyasına son qoyulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qəbələ"nin uğurlu seriyası qırılıb. Ardıcıl 21 çempionat oyununda qol vuran və dalbadal 4 matçda qələbə qazanan "qırmızı-qaralar" "Zirə" ilə ötən turun oyununda meydanı qolsuz heç-heçə ilə tərk edib.

Ardıcıl 5-ci dəfə qapısını toxunulmaz saxlayan Dmitri Bezotosnının Premyer Liqadakı quru seriyası isə 637-yə çatıb.

Qeyd edək ki, Premyer Liqanın IX turunda keçirilmiş "Qəbələ" - "Zirə" qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

Xəbər 717 dəfə oxundu.