“Tarqovitse”–“Azəryol” voleybol oyununun hakimləri müəyyənləşib
Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında ilk oyununu keçirəcək.

Yarışa onaltıdabir final mərhələsindən qoşulacaq təmsilçimiz Rumıniyada yerli “Tarqovitse” komandası ilə qarşılaşacaq.

Artıq görüşün hakimləri müəyyənləşib. CEV bu oyun üçün bolqarıstanlı Borislav İordanovu və kiprli Teadora Kiriopulunu müəyyən edib.

Komandalar arasında cavab oyunu noyabrın 4-də Bakıda təşkil olunacaq.

Xəbər 597 dəfə oxundu.