2016 – cı ildə stolüstü tennis üzrə kişilər arasında Dünya Kubokuna Saarbrüken ev sahibliyi edəcək
İlk dəfə olaraq Almaniyanın Saarbrüken şəhəri iri beynəlxalq turnirə - kişilər arsında 2016- Dünya Kubokuna ev sahibliyi edəcək. Tədbir bir ildən sonra 2016- cı ilin 1- 3 oktyabr tarixlərində keçiriləcək və burada dünyanın 20 ən güclü oyunçusu iştirak edəcək. Almaniya Bundesliqasının prezidenti Mikael Qayger qeyd etmişdir ki , “ şəhərdə bu idman növünə böyük maraq vardır və biz biletlər satışa daxil olan andan onların 3 gün ərzində satılmasını planlaşdırırıq.” 2012- ci ildə Saarbrükendə sonuncu böyük ivent – Avropa TOP- 12 turniri keçirilib. O zaman Timo Boll və Dji Şepp qoşa yarışlarda qalib adına layiq görülmüş və “Saarlandxalle “ arenası almanlar üçün düşərli olmuşdu. Bundan əlavə Saarbrüken şəhərinin komandası ölkənin əsas klub turnirində uğurla çıxış edir və Dortmundun məğlubedilməz “Borussiya” komandasına da dəfələrlə qalib gəlib. Şəhərin namizədliyini dəstəkləmiş vilayətin nazirlərindən biri olan Klaus Buyon belə demişdir : “ Mən idman tədbirinin yüksək səviyyədə təşkil olunacağına əminəm. Şübhə etmirəm ki , biz çoxlu sayda maraqlı oyunları seyr edəcəyik və şəhərimiz öz qonaqpərvərliyini göstərəcəkdir.”


Xəbər 774 dəfə oxundu.