Aerobika gimnastikası üzrə Estoniya kuboku
Estoniyanın şimal-şərqində yerləşən Kohtla-Yarve şəhərində aerobika gimnastikası üzrə Açıq Kubok başa çatdi.

Azərbaycanın aerobika gimnastikası üzrə yığma komandasının üzvləri onlar üçün 7 və 8 noyabr tarixlərində Portuqaliyanın Elvas şəhərində keçiriləcək Avropa Çempionatı öncəsi sınaq yarışı xarakteri daşıyan bu tunirdə Belarusu təmsil edən idmançılarla yarışmışlar.

Həm fərdi proqramda (19.3 xal), həm də Vera Bosıxla cütlükdə (19.05), o cümlədən onlara Aynur Cabbarlı, Elçin Məmmədov və Timur Ələkbərovun da qoşulduğu qrup tərkibində (19.7) çıxış edən Vladimir Dolmatov komanda yoldaşları ilə birgə, Belarus təmsilçilərini geridə qoyaraq bütün üç kateqoriyada kuboklara layiq görülmüşdür.

Xəbər 776 dəfə oxundu.