Kamran Ağayevin komandası növbəti matçında çıxır
Türkiyə PTT 1-ci Liqasında 9-cu turun görüşləri keçirilir.

Millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" klubu bu günnövbəti matçına çıxacaq. Futbolçumuzun komandası "Elazığspor"u qəbul edəcək. Sözügedən matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "Karşıyaka" 8 turdan sonra 6 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər 593 dəfə oxundu.